Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Zəfər yolu “ adlı  onlayn görüş  keçirilib

24.09.2021

23.09.2021-ci ildə   Gəncə  Regional  Mədəniyyət  İdarəsi  Samux  rayon  Mərkəzləşdirilmiş   Kitabxana  Sisteminin  Qarayeri  qəsəbə  Kitabxana  filialının  təşkilatçılığı  ilə  44 günlük  Vətən  Müharibəsində  şəhid  olmuş  Cəfərov Babək  Məxsus  oğlunun  ailəsi ilə “ Zəfər yolu “ adlı  onlayn görüş  keçirildi

Prezident  İlham  Əliyevin 2 dekabr 2020-ci il  Sərəncamına  əsasən   Vətən  Müharibəsində  qəhrəmancasına döyüşmüş, ölkəmizin  ərazi  bütövlüyü  uğrunda canlarını fəda  etmiş əsgər  və  zabitlərimizə  bütün  şəhidlərimizə  ehtiram  əlaməti  olaraq  hər  il  Sentyabrın  27-si  Azərbaycanda   Anım  günü  kimi  qeyd ediləcək.

İlk  öncə    Vətən  Müharibəsində  Qəhrəmancasına döyüşmüş, ölkəmizin  ərazi  bütövlüyü  uğrunda canlarını fəda  etmiş əsgər  və  zabitlərimizin  bütün  şəhidlərimizin əziz xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  edildi.

Tədbiri  giriş  sözü  ilə   açan  Samux  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  Qarayeri  qəsəbə  kitabxana  filialının  müdiri  Samirə  Məmmədova  44 günlük Vətən  Müharibəsində  igidlik  nümayiş  etdirən şəhid  Cəfərov  Babək  Məxsus  oğlunun  döyüş  yolundan danışdı. Cəfərov  Babək 15 avqust 1991-ci ildə   Samux  rayon  Qarayeri  qəsəbəsində  doğulmuşdur.  Ailəli  idi  ,2  övladı  yadigar  qalıb.  Azərbaycan   Ordusunun  əsgəri  olan   Babək  Çəfərov    2020-ci  il  sentyabrn  27-də  Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  Ermənistan    işğalı altında   olan  ərazilərin   azad  edilməsi   və  Azərbaycanın  ərazi  bütövlüyünün    bərpa  olunması  üçün  başlanan  Vətən  Müharibəsi  zamanı  Fizuli  və  Xocavəndin azadlığı  uğrunda  gedən  döyüşlərdə  vuruşub. Babək  Cəfərov   oktyabrın 26-da Fizuli  rayonunun Yuxarı  Seyidəhmədli  kəndi  Xocavənd  rayonu  istiqamətində  gedən  döyüşlərdə   ağır  yaralanıb və  Bakı  şəhər  Baş  Klinik  Hospitala koma  vəziyətində  yerləşdirilmişdir. 2021-ci  il 8 mart  günü mualicə  aldığı  Bakı  şəhər  Baş  Klinik  Hospitalda  vəfat etmişdir.

Azərbaycan   ərazilərinin  işğaldan  azad  olunması  zamanı  döyüş  tapşırıqlarını  və  xidməti  vəzifələrini  yerinə  yetirən  zaman  göstərdiyi süçayətlərə  görə   Azərbaycan  Prezidenti  İlham  Əliyevin  30.12.2020 –ci  il  tarixli  Sərancamına əsasən  Babək  Cəfərov  “ Hərbi  xidmətə görə “ ,“ Fizulinin  azad  olunmasına  görə ”,“ Xocavəndin  azad  olunmsına görə”,  ölümündən  sonra “ Vətən  uğrunda” medalları ilə təltif  olunmuşdur.

Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  direktor  əvəzi  Telli  Nəsibova şəhidin  ailəsinə  Gəncə  Regional  Mədəniyyət  İdarəsinin  rəsi  Vasif  Cənnətov  başda olmaqla  butün  kollektiv  adından  dərin  hüznlə  başsağlığı  verdi dədtlərinə  şərik  olduqlarını   bildirdi . Şəhid  Cəfərov  Babəkin anası  Cəfərova  Mətanət  çıxış  edərək  oğlunun  həyat   yolundan,  oğlunun qəhrəmanlığından danışdı. Şəhidin  qızı  Cəfərova  Zeynəb  və oğlu  Cəfərov  Məxsus atalarının  xatirəsinə  həsr  olunmuş  şeirlər  söylədilər. 

Tədbirdə  Samux  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  metoidist Tərifə  Verdiyeva,  Sarıqaya  kənd  ktabxana  filialının  müdiri  Tahirə  Abbasova , Mərkəzi  Kitabxana  Sisteminin  xidmət  şöbəsinin  müdiri  Vüsalə  Əliyeva, Seyidlər  kənd  kitabxana  filialının  müdiri  Xatirə  Məmmədova,  Qarayeri  qəsəbə  klubunun  müdiri  Günel  Həsənova ailənin  dərdinə şərik  olduqlarını və bütün şəhid ailələri  qarşısında  baş  əydiklərini  bildirdilər. Şəhidin  anası  Cəfərova  Mətanət   Şəhid ailələri və qazilərə  göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdi.

Allah  bütün  şəhidlərimizə  rəhmət  eləsin.